Şəhvət yoxsa eşq?

  • Sevgi
Bir ürəkdə iki sevgi ola bilərmi? Lev Tolstoyun “İblis” povestini oxuyandan sonra bu mövzuda yazmaq qərarına gəldim.

“Dirilmə” romanını oxuyanlar xatırlayar, Nexlyudov qulluqçu qız Katyuşanın həyatını məhv etdikdən sonra uzun müddət günah hissi ona əzab verir. Ona elə gəlir ki, Katyuşanın başına gələn bütün bəlalara görə o, günahkardır. Atasından miras qalmış malikanəni kəndlilərə bağışlamaq fikriylə yaşayan bu gəncin daxilində iki hiss daim mübarizədə idi — şeytani hiss və mənəvi hiss. Şeytani hiss insanı həmişə günaha sürükləyir. Amma adına şeytani dediyimiz bu hiss əslində şəhvani hissdir. Bu hiss insana xas olan bir hissdir. Biz o hissə tabe olanda bunun adını günah qoyuruq.
Davamı →

Sevginin təkamülü

  • Sevgi
Sevgi nədir – Qərb ədəbiyyatının yaratdığı bir əfsanə, yoxsa ümumbəşəri möhtəşəm bir fenomen? İnsan niyə aşiq olur? İnsan necə sevir? Sevgi zəruridirmi? Sonunda elmin əldə etdiyi nəaliyyətlərlə bu suallara dolğun cavablar vermək mümkündür.

Dilimizdə sevgini ifadə edə bilən bir neçə söz var: eşq, məhəbbət, sevda. Bu sözlər bir çox halda eyniyüklü kimi qəbul edilsə də, əslində eyni mənaları ifadə etmirlər. Ona görə belə qərara gəldik ki, yazımız boyunca sevginin müxtəlif mərhələlərindən və növlərindən bəhs etdikcə bu anlayışlara da aydınlıq gətirək.

Əgər biz insanın təkamül yolu ilə yarandığını düşünürüksə, bəs necə oldu ki, sevgi yarandı? Sevginin insan təkamülündəki yeri haradır, hansı səbəblərdən qaynaqlanır? Şübhəsiz, təkamül boyunca dəyişikliklər mövcud hansısa zəruriyyətlərdən yaranır. Məhz sevgi də belə bir zəruriyyət idi.
Davamı →

Məhəbbət anlamı

  • Sevgi

Emosional münasibətlərin inkişafında məhəbbət fenomeni özünəməxsus yer tutur. İnsan həyatında məhəbbət hissinin əhəmiyyəti və yeri bütün zamanlar üçün aktual olduğu qəbul edilmişdir. O zaman sual meydana çıxır; Bəs məhəbbət nədir?

Öncə onu qeyd edək ki, məhəbbət psixoloji analiz üçün son dərəcə mürəkkəb obyektdir. Psixologiyada bu fenomenə müxtəlif yanaşma tərzi vardır. Bəzi psixoloqlar məhəbbəti ali hiss, bəziləri isə insanların eynilikdən yorularaq uydurduqlarını qeyd edirlər.

Qeyd etmək lazımdır ki, məhəbbət təkcə hiss deyil, eyni zamanda başqasını sevmək qabilliyyəti, eləcədə sevilmək imkanıdır. Eyni zamanda məhəbbət insanlar arasında elə münasibət formasıdır ki, burada bir insanın digərlərindən üstün olması, bir insanın digərinə tabe olması yol verilməzdir. Həqiqi, qarşılıqlı məhəbbət zamanı hər iki tərəf bərabərdi. Biri digərinə özünü qurban vermir, heç kəs heçnə itirmir əksinə, yalniz qazanır. Bu məhəbbətin qanunudur.


Ardı →